İnsanlara hürriyət, millətlərə istiqlal!

Azay Quliyevin seçicilərlə görüşləri davam edir: “Gənclərimiz seçkidə öz sözünü deyəcək!”

8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyevin avqustun 15-də seçicilərlə növbəti görüşü də yüksək səviyyədə baş tutub.

Görüş üçün ayrılan rəsmi ünvanda - Bakı Tennis Akademiyasında keçirilən toplantıda, ənənəvi olaraq öncə milli himnimiz səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Deputatlığa namizədin vəkili Rəna İsmayılova bildirib ki, Azay Quliyevlə görüşlərə bütün yaş kateqoriyasından olan insanlar böyük maraq və həvəslə qatılırlar: “Biz sadəcə məlumat veririk ki, hansı tarixdə görüşümüz olacaq və müşahidə edirik ki, dairədə yaşayan insanlar səmimiyyətlə tədbirə gəlirlər. Hər dəfə zal tam dolu olur və bu onun göstəricisidir ki, insanlar ötən deputatlığı müddətində daim onların yanında olmuş Azay Quliyevə növbəti dəfə təbii olaraq etimad göstərdiklərini bu şəkildə nümayiş etdirirlər”.

Rəna İsmayılova qeyd etdi ki, görüşə gələn seçicilər arasında gənclərin üstünlük təşkil etməsi qürurverici haldır: “Azərbaycan gəncliyi kifayət qədər intellektualdır və çox sevindirici haldır ki, gənclərimiz ictimai-siyasi proseslərə, seçkilərə qətiyyən biganə deyil. Azay Quliyevin görüşünə gələn gənclər onun seçicilərini parlamentdə, beynəlxalq aləmdə ləyaqətlə təmsil etdiyini bilirlər. Bu, həm də onlara bir stimuldur. Biz tamamilə əminik ki, istər orta nəsil, istər yaşlı nəsil, istərsə də gənclər 1 sentyabrda 8 saylı dairədə məhz Azay Quliyevə səs verəcəklər”.

Vəkil Azay Quliyevin ötən deputatlıq dönəmində dairədə sosial xarakterli problemləri həll etməsinə dair çoxsaylı faktları sadaladı və diqqətə çatdırdı ki, Azay Quliyev son 4 illik fəaliyyəti haqqında Hesabat hazırlayıb və çap etdirib: “Ümid edirəm ki, hesabatla tanışsınız. Müxtəlif səbəblərdən tanış ola bilməyənlər, xüsusilə gənclər Azay Quliyevin rəsmi facebook səhifəsində– https://www.facebook.com/AzayQuliyev/ - tanış ola bilərlər”.
Gənc seçicilər adından çıxış edən Gülər Sultanzadə dedi ki, onlar Azay Quliyevin fəaliyyəti ilə yaxından tanışdırlar: “Biz onun fəaliyyətini daim mediada, sosial şəbəkələrdə izləmişik, beynəlxalq platformalardakı çıxışlarını görmüşük. Fəxr edirik ki, o, bizim dairənin deputatıdır, hər zaman bizimlədir. Biz də daim onunla olacağıq”.

Daha sonra ziyalı ağsaqqallarımızdan olan Elmuraz Baxışov çıxış etdi. O, Azay Quliyevin Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiq olduğunu, parlamentdəki fəaliyyəti dövründə gördüyü çoxsaylı işləri, dairədəki problemlərin həllinə daim diqqət göstərdiyini bildirdi.

Elmuraz Baxışov bir ağsaqqal kimi bütün seçiciləri yenidən Azay Quliyevə səs verməyə çağırdı.

Yekunda çıxış edən deputatlığa namizəd Azay Quliyev seçicilərə ona göstərdikləri səmimi münasibətə və dəstəyə görə dərin təşəkkürlərini çatdırdı: “Məndən əvvəl çıxış edənlər tamamilə doğru qeyd etdilər, bəli, gənclər ölkəmizin taleyində çox mühüm rola malikdirlər. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev daim gənclərə xüsusi qayğı və diqqətlə yanaşır. Azərbaycan gəncliyi Vətən Müharibəsində öz sözünü cəsarətlə dedi , nə qədər milli və döyüşkən ruha malik olduğunu dünyaya sübut etdi. Habelə, elə bu günlərdə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında da gənclərimiz ölkəmizin başını uca etdilər. Cənab Prezident onların fədakarlığına və gərgin əməyinə yüksək qiymət verdi, ali orden və medallararla mükafatlandırdı.

Həmçinin, gənclərimiz ictimai-siyasi həyatda, elm sahəsində də mühüm uğurlara imza atıblar. Sevindirici haldır ki, gənclik sağlam düşüncəyə malikdir. Gənclərimiz ölkədə, bölgəmizdə yeni reallıqların ruhuna uyğun davranır. Müşahidə edirəm ki, seçki prosesində də gənclər həm seçici, həm müşahidəçi, həm könüllü, həm də bir sıra dairələrdə namizəd kimi aktiv iştirak edirlər. Mən şübhə etmirəm ki, 8-ci dairədə də gənc seçicilər orta və yaşlı nəsil kimi aktiv iştirakını sonadək davam etdirəcək və öz sözünü deyəcək”.
Azay Quliyev sonda bütün seçicilərini, xüsusilə gəncləri seçki günü, sentyabrın 1-də doğru seçim etməyə və səsvermədə fəal olmağa çağırdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR