İnsanlara hürriyət, millətlərə istiqlal!

Azay Quliyev: "Onlar Xankəndi-Laçın yolunda tarixi missiyalarını şərəflə yerinə yetirdilər"

"138 gündür Laçın-Xankəndi yolunda davam edən ekofəalların aksiyası bu gün dayandırılıb.

Ən ağır hava şərtlərinə və çətinliklərə baxmayaraq böyük fədakarlıq nümayiş etdirən, 138 gün fasiləsiz olaraq milli maraqlarımızı xüsusi vətənpərvərlik hissilə qoruyan QHT təmsilçilərinə, gənclərə və ekofəallara təşəkkür edirəm". Bunu millət vəkili Azay Quliyev deyib: "Aksiya iştirakçıları sözün əsl mənasında tarix yazdılar, sərhədlərimizin toxunulmazlığının tam şəkildə təmin olunması prosesinin uğurla başa çatmasında öz tarixi missiyalarını şərəflə yerinə yetirdilər.

Laçında dövlət sərhəd nəzarət-buraxılış məntəqəsini quraşdırmaqla Azərbaycan dünyada yeni presedentin, onilliklər boyu pozulmaqda davam edən ərazisinin bu hissəsinin dinc yolla bütövləşdirməyin mümkünlüyünü nümayiş etdirdi.

xankəndi-yolu.jpg (67 KB)

Əminəm ki, Prezident İlham Əliyevin qətiyyət, ağıl və müdrüklük hesabına nail olduğu bu tarixi nəticənin bütün incəlikləri siyasi analitiklər və araşdırmaçılar tərəfindən hələ uzun müddət təhlil olunacaq və gələcəkdə ən yaxşı təcrübə kimi ona istinadlar ediləcəkdir".

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR