İnsanlara hürriyət, millətlərə istiqlal!

Azay Quliyev: "Mehriban xanım Əliyeva misilsiz xidmətləri ilə xalqın dərin rəğbətini qazanıb"

 

Təsdiqini tapmış deyimə görə, hər kəs dünyaya öz missiyası ilə gəlir, lakin hər kəsə dövlətçilik, xeyirxahlıq və insanpərvərlik missiyası nəsib olmur.
Bu missiyanın yükünü daşımaq, çətinliklərinə sinə gərmək və onu uğurla son - məntiqi hədəfə çatdırmaq hər insanın bacara biləcəyi bir iş deyil. Belə bir tarixi missiya yalnız dərin bilik, mükəmməl təhsil, yüksək tərbiyə və ali mənəvi keyfiyyətlərə sahib olan nadir şəxsiyyətlərə nəsib olur.
Mehriban xanım Əliyeva məhz belə bir Şəxsiyyətdir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva üzərinə düşən bütün vəzifələri böyük fədakarlıq, sevgi və ləyaqətlə yerinə yetirir. Onun xalq və dövlət qarşısında xidmətləri danılmazdır və mübaliğəsiz olaraq bir faktdır ki, Mehriban xanımın ölkəmizin güclənməsinə, mədəniyyətimizin inkişafına və Azərbaycanın beynəlxalq səviyyədə tanıdılmasına verdiyi töhfələr əvəzsizdir.

Ulu Öndər Heydər Əliyevin siyasi irsinin və dövlətçilik ideallarının nəsildən-nəslə ötürülməsində Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu xüsusi rol oynayır və bu, vacib missiyanı uğurla davam etdirir.

Bu gün ümumbəşəri humanizm, xeyirxahlıq, insanpərvərlik, mərhəmət və nəciblik kimi ali dəyərlərin çağdaş Azərbaycanımızda qorunub saxlanması və yaşaması birbaşa Mehriban xanımın adı ilə bağlıdır.

Mehriban xanım öz fəaliyyəti ilə müasir tarixdə Azərbaycan qadınının ləyaqətli və ali obrazını formalaşdırmış, bu dəyərli obrazı dünyaya layiqincə təqdim etməyi bacarmışdır.
Mehriban xanım tarixi Zəfərimizin qazanılmasında Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevlə çiyin-çiyinə dayanmış, Vətən müharibəsindən sonra, bütün risklərə və təhlükələrə baxmayaraq, cənab Prezidentlə birlikdə yenicə azad edilmiş torpaqlara ilk səfərləri həyata keçirmişdir. Bu gün də Birinci vitse-prezident dağıdılmış ərazilərimizin bərpasında, Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsində yaxından iştirak edir.
Mehriban xanım şəhid ailələrinin, qazilərin ən böyük himayədarıdır. O, dərdinə əlac axtaran və yardıma ehtiyacı olan hər bir kəsin son ümid yeridir. Heç şübhəsis ki, bu misilsiz xidmətləri ona xalqın əbədi sevgisini və dərin rəğbətini qazandırmışdır.
Dövlətimizin və xalqımızın başını hər zaman uca edən, milli kimliyimizi, dilimizi, idmanımızı və mədəniyyətimizi daim inkişaf etdirən, dünya səviyyəsində təbliğ edən Birinci xanıma xalqımız sonsuz minnətdardır.

Yubiley münasibətilə hörmətli Mehriban xanım Əliyevanı ürəkdən təbrik edir, Ona möhkəm cansağlığı, bütün varlığı ilə bağlı olduğu Azərbaycan naminə həyata keçirdiyi dövlətçilik missiyasında davamlı və yeni-yeni nailiyyətlər arzulayırıq.

Azay Quliyev

 azay 1.jpg (39 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR