İnsanlara hürriyət, millətlərə istiqlal!

Azay Quliyev: "Bu zəlzələdə dünya onun da şahidi oldu ki..."

"Türkiyədə 100 ilin ən böyük və dəhşətli fəlakəti adlandırılan zəlzələdə dağıntılar altında qalaraq həlak olanların sayı təəssüf ki, hər keçən gün artmaqdadır və bunların arasında azərbaycanlılar da var.
Tarixdə bu, zəlzələ təkcə dağıntıları və çoxsaylı insan tələfatı ilə yadda qalmayacaq, bu dəhşətli və fəlakətli günlərdə Türkiyə və Azərbaycanın bir-birinə necə bağlı olduğu, Türkiyənin dərhal və ilk yardımına gələn Azərbaycan dövləti və xalqının göstərdiyi fədakarlıq da hər zaman xatırlanacaq".

Musavat.com xəbər verir ki, bunu deputat Azay Quliyev bildirib.

O daha sonra qeyd edi: "Ən çox sayda xilasedicilərin, tibbi personalın və yanacaq təminatının Türkiyəyə məhz Azərbaycanın Prezidenti cənab İlham Əliyev tərəfindən göndərilməsi, ən böyük yardım kampaniyasının Heydər Əliyev Fondu və şəxsən hörmətli Mehriban xanım Əliyeva tərəfindən təşkil olunması, bu xeyirxah aksiyaya ən sadə vətəndaşlardan tutmuş iş adamlarına, dövlət məmurlarına və millət vəkillərinə qədər hər kəsin qoşulması bir daha onu sübut etdi ki, “tək millət-iki dövlət” sadəcə bir deyim deyil, bu hər bir azərbaycanlı üçün müqəddəs bir inanc, milli dəyər və sevgidir.
Məhz, bu sevginin nəticəsidir ki, dağıntılar altında ən çox sağ adam qurtaran Türkiyədən sonra Azərbaycanlı xilasediciləri, ən çox səhra xəstəxanası quran və yaralılara yardım edən Azərbaycan həkimləri və tibb bacıları oldu.
Yeri gəlmişkən, fürsətdən istifadə edib, belə ağır gündə, mümkün olan hər bir insan həyatının qurtarılmasında fədakarlıq göstərən bütün xilasedicilərimizə və tibb işçilərimizə təşəkkür edirəm.
Zəlzələnin bütün mənfi və faciəvi sonluqları ilə yanaşı, nə qədər parodoksal səslənsə də, onun bir sıra müsbət tərəflərinin də şahidi olduq.
Türkiyənin 99 ölkədən və 16 beynəlxalq təşkilatdan yardım təklifi alması və bu istiqamətdə konkret addımların atılması, dünyanın əksər tanınmış adamlarının Türkiyə ilə həmrəylik nümayiş etdirməsi bir daha Türkiyənin dünyada nə qədər böyük nüfuza və hörmətə sahib olduğunu göstərdi. Müqayisə üçün deyə bilərik ki, 1999-cu ildə Türkiyədə baş vermiş dağıdıcı zəlzələ zamanı cəmi 36 ölkə yardım etmək təklifi ilə çıxış etmişdir.
Dünya onun da şahidi oldu ki, zəlzələnin maştabı və fəlakət dərəcəsi nə qədər böyük olsa da, Türk xalqının və dövlətinin dəyanəti, gücü və qüdrəti ondan da böyükdür.
Fevralın 15-də keçirilən “Türkiyə tək ürək" adlı xeyriyyə marafonunda türk xalqının coşqulu iştirakı, cəmi 7 saat ərzində rekord həddə vəsaitin, yəni 115 milyarddan çox lirənin, dollar ekvivalenti ilə 6,2 milyard dollardan çox vəsaitin toplanması, 9 milyondan çox SMS vasitəsilə edilən yardımlar dediyimə əyani sübutdur.
Əminik ki, Türk xalqı və dövləti qısa zamanda bu yaraları sağaldacaq, dağılan şəhərləri yenidən quracaq və bu sınaqdan daha güclü və daha əzmli çıxacaq. Cənab Prezidentin dediyi kimi, Azərbaycan da bərpa və yenidən qurma işlərində Türkiyəmizə əlindən gələn köməyi edəcək.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR