İnsanlara hürriyət, millətlərə istiqlal!

Azarkeşliyin beləsi - 100 dombraçı Qazaxıstan millisinə 90 dəqiqə dəstək verib

Qazaxıstan dombraçıları Şimali İrlandiya yığması ilə görüşdə Qazaxıstan millisinin futbol komandasına orijinal dəstək nümayiş etdiriblər.

Musavat.com Qazaxıstan mediasına istinadla xəbər verir ki, musiqiçilərdən biri TikTok sosial şəbəkəsində yüz dombraçının milli futbol komandasına dəstək üçün dayanmadan 90 dəqiqəd dombrada (qazax sazı) melidoyalar ifa etməsini görüntüləyən video paylaşıb.

“Qələbə üçün! Yığmaya dəstək olmaqdan ötrü yüz dombraçı doxsan dəqiqə fasiləsiz ifa edib”, - deyə videonun müəllifi yazıb.

Qazaxıstanlılar musiqiçiləri dəstəkləyib, bəziləri isə zarafat edib: “Sizi eşitdilər”, “Stadionda çalmalıydınız”, “Afərin”.

Qeyd edək ki, son illər yüksəlişdə olan qazax futbolçular Şimali İrlandiya millisinə 1:0 hesabı ilə qalib gəliblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR