Onlayn ictimai-siyasi qəzet
Fevralın 4-də “İnter Mayami” ilə Honq-Konq millisi arasında yoldaşlıq oyunu keçirilib.
Lent.az bildirir ki, “France-Presse” agentliyinin sosial şəbəkələrdə verdiyi məlumata görə, “İnter Mayami” ilə Honq-Konq millisi arasında keçirilən oyuna bilet alan azarkeşlər biletin qiymətinin 50 faizi həcmində kompensasiya alacaqlar.
Honq-konqlu azarkeşlər Lionel Messinin bütün oyunu ehtiyat oyunçular arasında keçirməsindən narazılıqlarını bildiriblər. MLS komandasının ən məşhur oyunçusunun bahalı biletlərin satıldığı oyunda azarkeşlərin şəxsən görmək imkanı əldə etməməsi hörmətsizlik əlaməti hesab olunub. Üç gün sonra fevralın 7-də Lionelin Yaponiyada "Vissel Kobe" ilə yoldaşlıq görüşündə "İnter Mayami"nin heyətində oynaması ilə gərginlik artıb.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ