İnsanlara hürriyət, millətlərə istiqlal!

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriya üçün daha da əlçatan edən yeni imkan təqdim edir. Artıq sərnişinlər “TamKart” kredit kartı ilə aviabiletləri faizsiz və komissiyasız taksitlə əldə edə bilərlər.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb. 

Aviabiletləri taksitlə almaq imkanı AZAL-ın bütün istiqamətləri üçün keçərlidir. “TamKart” kartı ilə aviabilet alışı zamanı ödənişləri 2 və ya 3 aya bölmək mümkündür. Aviabiletləri taksitlə əldə etmək üçün sərnişinlər:

 - Bileti seçib ödəniş mərhələsinə keçməli;
- Ödəniş üsulu kimi “TamKart”ı seçməlidirlər.

Hissə-hissə ödəniş imkanı ilə aviabiletləri onlayn qaydada AZAL-ın rəsmi www.azal.az saytından və aviaşirkətin yenilənmiş mobil tətbiqindən əldə etmək olar.

ABB-nin “TamKart”ını onlayn sifariş vermək üçün: https://abb-bank.az/az/ferdi/kartlar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

26 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR