İnsanlara hürriyət, millətlərə istiqlal!

AZAL təyyarəsində həlak olanların 40 mərasimi keçirildi

Bu gün 25 dekabr 2024-cü ildə Bakı-Qroznı istiqamətində uçan Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dəhşətli qəzaya uğraması nəticəsində həyatını itirən 38 nəfərin ölümünün 40-cı günüdür.

Musavat.com Bizim.Media-ya istinadla xəbər verir ki, həlak olan üç ekipaj üzvü - gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyevanın ailə üzvləri, AZAL-ın əməkdaşları və bir sıra rəsmi nümayəndələr onları yad etmək üçün İkinci Fəxri xiyabana gəliblər.

Milli Qəhrəman Hökumə Əliyevanın həyat yoldaşı Etibar Əliyev qəza nəticəsində həlak olan pilotlar İqor Kşnyakin və Aleksandr Kalyaninovun ailəsinə başsağlığı verib.


































ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR