Onlayn ictimai-siyasi qəzet
AZAL-ın sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olmuş pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva, həmçinin 21 sərnişinin nəşi 19:00 radələrində Azərbaycana gətiriləcək.
Musavat.com-un əməkdaşı xəbər verir ki, onların meyitləri ailələrinə təhvil veriləvək.
Qeyd edək ki, pilotlar və bələdçi II Fəxri xiyabanda dəfn olunacaqlar.
Dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.
Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
Şahanə Rəhimli
Musavat.com
29 Dekabr 2024
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ