Onlayn ictimai-siyasi qəzet
Bu həftə AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmanın ilkin nəticələri açıqlanacaq. Bu barədə Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev deyib. O, qeyd edib ki, təyyarəinin “qara qutular”ının materiallarının surətləri Azərbaycan və Rusiyaya təhvil verilib.
Qazaxıstan məmuru həmçinin qeyd edib ki, daha əvvəl Rusiya mediasında, sosial şəbəkələrində dərc olunan stenoqramlar AZAL-ın “qara qutuları”nın materiallarından fərqlənir və onların arasında böyük fərq var".
Bu arada “Caliber” öz mənbələrinə istinadən yazıb ki, Rusiya tərəfi həm təyyarəyə atəş açanların, həm də atəş əmri verənlərin şəxsiyyətini müəyyən edib. Buna baxmayaraq, Rusiya mediası davamlı olaraq Azərbaycan əleyhinə materiallar dərc edir, təyyarənin guya quş sürüsü ilə toqquşması və bu kimi versiyaları təbliğ edirlər.
Bəs vətəndaşlarımız açıqlanacaq ilkin tədqiqat nəticələrindən hansı gözləntiləri var?
TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com
29 Yanvar 2025
28 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ