Onlayn ictimai-siyasi qəzet
ABŞ vətəndaşı və jurnalist Rza Vəlizadənin İranda saxlanılması hadisəsi beynəlxalq medianın diqqət mərkəzindədir.
Musavat.com xəbər verir ki, "Associated Press" (AP) agentliyinin məlumatına görə, Vəlizadə artıq bir neçə aydır İran hakimiyyəti tərəfindən həbsdədir. O, "Azadlıq Radiosu"nun İran üçün nəzərdə tutulan "Radio Fərda" bölməsində işləyirdi və həm ABŞ, həm də İran vətəndaşlığına sahibdir.
Fevral ayında Vəlizadə sosial mediada paylaşım edərək ailəsinin onu İrana qayıtmağa məcbur etmək üçün təzyiq gördüyünü bildirmişdi. Bu məlumatla bağlı "AP" agentliyi əlavə olaraq qeyd edir ki, Rza Vəlizadə, 1979-cu ildəki ABŞ səfirliyi girov böhranından bəri İranda saxlanılan ilk amerikalı ola bilər.
Hadisə ABŞ və İran arasındakı münasibətlərin gərgin olduğu bir dövrdə baş verib və iki ölkə arasındakı diplomatik əlaqələrə daha da təsir edə bilər.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ