Onlayn ictimai-siyasi qəzet
Məşhur türkiyəli fenomen Dilan Polat azadlığa buraxılıb.
Oxu.Az "TRT Haber"ə istinadən xəbər verir ki, məhkəmə onun istintaq müddəti üçün sərbəst buraxılmasına qərar verib. Məlumata görə, Dilan Polat bu gün cəzaçəkmə müəssisəsindən buraxılıb.
Qeyd edək ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu və Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb. Onlar çirkli pulların yuyulmasında ittiham olunurlar.
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ