Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Azərbaycan ilə Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub.
Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.
Musavat.com xəbər verir ki, Ermənistan tərəfinin azad edəcəyi azərbaycanlı əsirlər Bəbirov Aqşinlə Axundov Hüseyndir.
Aqşin Bəbirovun anası Dürdanə Bəbirova Musavat.com-a açıqlamasında Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
"Biz analar indiki anda sevinc içindəyik, indiyə qədər göz yaşlarımızı paylaşdıq, indi isə sevinc göz yaşlarımızı paylaşırıq. İlk olaraq cənab Prezident İlham Əliyevə minnətdaram. Hər zaman Prezidentimizlə qürur duydum. İnanırdım ki, oğlum azad ediləcək", - Dürdanə Bəbirova deyib.
Aytən Novruz
Musavat.com
04 Fevral 2025
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ