Onlayn ictimai-siyasi qəzet
Rusiyanı məhdudlaşdıran amilləri nəzərə alan İran Cənubi Qafqazda bir nömrəli oyunçuya çevrilib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli politoloq Alen Gevondyan yazıb.
Rusiya sərhədçilərini Zvartnots hava limanından ona görə çıxarıblar ki, onlar Ermənistan Respublikasına hansı kalibrli zabit və Qərb xüsusi xidmət orqanlarının əməkdaşlarının daxil olduğunu, ölkəyə hansı mallar, hansı texnika, hansı xüsusi vasitələr gətirildiyini bilməsinlər.
Ermənistan çox yaxında ən azı onlarla kəşfiyyat orqanının iştirakı ilə döyüş meydanına çevriləcək.
Yeri gəlmişkən, Ermənistanın müvafiq strukturlarında bəziləri ilə bağlı, kor və lal olmaları barədə xəbərdarlıq edilib”, - deyə erməni politoloq bildirib.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ