İnsanlara hürriyət, millətlərə istiqlal!

Ayxan Abbasov yenidən "Turan Tovuz"a qayıdacaq?

Ayxan Abbasovun "Turan Tovuz"dan ayrılmasından təxminən 1 həftə keçir.

Təcrübəli mütəxəssisin bölgə klubundan göndərilməsi ictimaiyyətdə birmənalı qarşılanmadı.

Qərar ətrafında müzakirələr hələ də davam edir. Bu da səbəbsiz deyil.

42 yaşlı mütəxəssis arxada qalan iki mövsümdə sıfırdan yığdığı kollektivlə böyük işlər görməyi bacarmışdı. Əbəs deyil ki, Qərb təmsilçisi onun rəhbərliyi altında ilk mövsümündə 6-cı pilləni tutmuş, Ölkə Kubokuda da finalın bir addımlığında dayanmışdı.

2023/24 sezonunda isə gözləntilərin əksinə olaraq "Turan Tovuz" sona 4 tur qalmışa kimi avrokuboklara getmək şansını saxlamışdı.

Abbasovun gedişini yerli publikanın böyük kəsmi bu gün də həzm edə bilmir. Tribuna fəalları hələ də ümid edir ki, o, yenidən işinin başına qayıdacaq.

Hətta bu məqsədlə fəal azarkeşlər klub rəsmilərinə müraciət ünvanlayıblar.

Onlar klub rəhbəri Ehtiram Quliyevdən verdiyi yanlış qərarı dəyişməyi, bütün mümkün vasitələrdən istifadə edərək mütəxəssisi öz postuna qaytarmağı xahiş ediblər. (sportinfo.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR