Onlayn ictimai-siyasi qəzet
Müğənni Aysun İsmayılova tanınmış vəkil olan həyat yoldaşı ilə qarşılıqlı boşanması barədə xəbərlərə reaksiya verib.
Musavat.com bildirir ki, müğənni bu barədə öz “İnstagram” səhifəsində qeyd edib:
“Ramil Vəliyev mənim övladımın atasıdır. Övladımın gələcəyi var, ona görə ailəmlə bağlı heç nə danışmaq istəmirəm. Susma haqqımı seçirəm. Xahiş edirəm, mənə ailəmlə bağlı sual ünvanlamayın. Heç kim həyatından, seçimindən, qərarından sığortalanmayıb. Allah nə yazıbsa, onu yaşayırıq”.
Qeyd edək ki, cütlük 2 il öncə ailə qurmuşdu və onların Sevgi adlı qız övladı var.
Xalidə Gəray
Musavat.com
23 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ