İnsanlara hürriyət, millətlərə istiqlal!

Aysun İsmayılova ana OLACAQ: "Toy etməmək səbəbimiz isə..."

Müğənni Aysun İsmayılova Tarix Əliyevin aparıcısı olduğu “Tarixin bir günü” adlı verilişdə ana olacağını açıqlayıb. Bu açıqlamadan sonra o, iradlara məruz qalıb.

Müğənni bu iradlardan sonra sosial şəbəkə hesabında paylaşım edib:

“Bəziləri ağzınıza gələni yazırsız, əvvəl öz ailənizə, nəslinizə baxın və daha sonra tanımadığınız insanlar haqqında danışın. Bilib-bilmədən günahımı almayın. Ramazan ayıdır. Allahdan qorxun. Toy etməmək səbəbimiz isə yanvar ayının əvvəli cavan qohumumuzun dünyasını dəyişməsidir. Mən bəziləri kimi yasını unudub, qol qaldırıb oynayacaq biri deyiləm. Bəzi “tərbiyəlilər” üçün ikinci dəfə ailə qurmaq utancvericidir, amma sevgililər dəyişmək yox. Çox şükür, heç kim deyə bilməz ki, Aysunun səhv hərəkəti olub. Alnım açıqdır və bəziləri kimi altdan iş görməmişəm. Ailə qurduğum üçün çox xoşbəxtəm. Heç kimin tərbiyəsinə, namusuna söz atmayın. Vicdanınız olsun. Müğənni olmaq tərbiyəsiz olmaq demək deyil”./Sfera.az 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR