İnsanlara hürriyət, millətlərə istiqlal!

Ayrapetyan: "Nə oldu, heç ABŞ bayraqları da kömək etmədi...”  

Sərhədə çox yaxın tikilmiş və iyun ayından mütəmadi olaraq atəşə məruz qalan Arazdəyən (ermənilər Yersx deyir-red.) metallurgiya zavodu hökumətin qərarı ilə köçürüləcək. Zavod Ararat rayonunun Ararat kəndində tikiləcək.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Azərbaycan üzrə ekspert Tatevik Ayrapetyan yazıb.

“Beləliklə, “sülh yol kəsişmələrinin” qurucuları, Türkiyə və Azərbaycanla ticarəti təşviq edənlər hətta İrəvandan avtomobillə yarım saatlıq məsafədə yerləşən Arazdəyəndə metallurgiya zavodunun tikintisini təmin edə bilmədilər. Həmin zavodda heç ABŞ bayraqlarının ucaldılması belə kömək etmədi. O zaman problem nədir?

Ermənistanın dövlət maraqlarının deyil, Azərbaycanın iradəsinin qalib gəldiyi, Paşinyanın qurduğu dünya haqqında bilmək lazım olan tək şey budur”, - deyə erməni ekspert yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR