İzləyicisinin yazdığı şərh inluenser Aynişan Quliyevanı əsəbiləşdirib.
Bununla bağlı bloger instaqram səhifəsində paylaşım edib.
Quliyevanın qəzəbinə səbəb həmin xanım izləyicisinin yazdığı “Yaş üstə yaş gəlir. Aynişan nə zaman ailə qurub, övlad sahibi olacaq? Axı övladı hər yaşda dünyaya gətirmək olmaz. Özünü sev. Dünya malı dünyada qalır. Sizdən geriyə nə qalacaq? Bunu düşünün” şərhi olub.
Onun bu sözlərinə Aynişan sərt şəkildə belə reaksiya verib:
“Siz kimsiniz ki, mənim həyatıma müdaxilə edib məsləhət verirsiniz? Haradan çıxıb ki, hər qadının borcu uşaq dünyaya gətirməkdir? Hər insanın öz həyatı, öz seçimi var. Siz isə əvəzinə, öz həyatınızı qurmağa baxın. Mənim seçimlərim sizi niyə bu qədər narahat edir? Öz həyatınız bu qədər maraqsızdır? Bu cür beyin haradan gidalanır? Bunun bir mənbəyi var? Xüsusi bir pəhriz rejimi filan tədbiq olunur? Beyin hücüyrələrini bu qədər işə salamamaq üçün nə yeyib-içirlər? Vallah, öyrənmək istəyirəm, çünki bu qədər sərhədsiz fikir bildirmək, insanın şəxsi həyatına bu qədər rahat müdaxilə etmək ciddi istedaddır”.
Qeyd edək ki, Aynişan bir neçə 5 il əvvəl fitnes məşqçi Kənan Əli ilə ailəli olub. Bir neçə ay sonra cütlük rəsmi şəkildə boşanıb. (olay)
ŞƏRHLƏRŞƏRH YAZ