İnsanlara hürriyət, millətlərə istiqlal!

Ayk Mamicanyan: Avropa İttifaqına üzvlüklə bağlı insanları aldadırlar  

Ermənistanın müxalifətdə olan “Mənim Şərəfim Var” fraksiyası Avropa Birliyinə üzvlüklə bağlı qanun layihəsi ilə əlaqədar müzakirələrə qatılmır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu erməni müxalifətçi deputat, Ermənistan Respublika Partiyasının (sədri Serj Sərkisyan) üzvü Ayk Mamicanyan deyib.

Onun sözlərinə görə, məsələ parlamentin növbəti 4 günlük iclasının gündəliyinə daxil edildikdən dərhal sonra partiyası öz mövqeyini bildirəcək.
“Amma mən bunun təşəbbüskarı olan siyasi qurumların xalqa qarşı dürüst olmalarını və Aİ-dən faktiki olaraq heç bir müsbət reaksiyanın olmadığını birbaşa demələrini gözləyirəm. Avropa Parlamentinin bir neçə üzvü istisna olmaqla, Ermənistanı hələ heç kim Aİ-yə dəvət etməyib. Mən gözləyirəm ki, təşəbbüskarlar ümid satdıqlarını və cəmiyyətimizi çaşdırmağa çalışdıqlarını etiraf etsinlər,” - deyə Mamicanyan qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR