İnsanlara hürriyət, millətlərə istiqlal!

“Aygün Kazımova bunu etsə, qurban kəsəcəyəm”

"Aygün Kazımova son illər bütün şou-biznesi ayağa qaldırıb. Adam işləyir, kliplər edir və partladır. Ancaq o işləyir, qalanları qazandığını yığır. Konsert demirəm, balaca ölkəyik. Amma klip də çəkdirmirlər axı... Yaradıcılıqla məşğul olan yoxdur. Bu ölkədə bircə Aygün Kazımova yaradıcılıqla məşğuldur. Səhnə aşiqi. O da cibindən xərcləyir".

Bu sözləri aparıcı Ülıvira Qarayeva instaqramda canlı yayımda deyib. Aparıcı Xalq artisti Aygün Kazımovadan danışaraq, onun ölkədə tək işləyən sənət adamı olduğunu bildirib:

"Müsahibə vermir. Gəlsin ona qurban kəsəcəyəm. Studiyamıza gələn günə qurban demişəm. Çünki Aygün Kazımovanın həyatında 10 qadının taleyi var. Həyatı o qədər dolu, zəngin yaşayır.

Gəzən şayiələrdən bilirəm ki, mülklərini də şou-biznesə qoyur. Bu ölkədə şou-biznesdə Aygün Kazımovadan varlı insan olmamalıdır. Amma elə deyil. Onun obrazları, hər klipi necə baha başa gəlir. Bir klipdə nə qədər obraz dəyişər... Geyimləri də bahalıdır, çox pul xərcləyir. Amma onu kapitala çevirmir, gəlirini səhnəyə axıdır.

Pul düşünüb oxuyanlar ancaq toy düşünür. Aygün Kazımova toyu da konsertə çevirir. Qadın başdan ayağa sehrdir, mükəmməldir. Bu qadın yanlışlıqla Azərbaycanda doğulub, Hollivudda dünyaya gəlməli idi. Amma nə yaxşı ki, Azərbaycanda doğulub"./axşam.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR