İnsanlara hürriyət, millətlərə istiqlal!

Aygün Bəylərin vəziyyəti necədir? - Yaxınından AÇIQLAMA

"Aygün xanımın vəziyyəti yaxşıdır. Hər həftə qan analizi üçün xəstəxanaya gedir. Şükür, nəticələr də yaxşı çıxır. Hazırda xəstəxanadan çıxmışıq. Narahatlığa heç bir əsas yoxdur".

 Bu sözləri olay-a əməkdar artist Aygün Bəylərin yaxını Ramil bəy deyib. O, şairə Nazilə Səfərlinin paylaşımının çaşqınlıq yaratdığını vurğulayıb.

Qeyd edək ki, Nazilə Səfərli Milli Onkologiya Mərkəzində Aygün Bəylərlə foto paylaşaraq "Tez sağalın, əvəzsiz sənətkar! İnanıram ki, tez zamanda sağalıb, xalqa konsert verəcəksiniz!" sözlərini yazıb.

Şairə daha sonra paylaşımını silib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR