İnsanlara hürriyət, millətlərə istiqlal!

Aygün Bəylər ilə vida mərasimi başlayıb - VİDEO, FOTOLAR

Mərhum Əməkdar artist Aygün Hümmətova (Bəylər) ilə vida mərasimi başlayıb. Mərasim mərhumun ilk musiqi təhsili aldığı Səttar Bəhlulzadə adına Mədəniyyət evində keçirilir.

Musavat.com bildirir ki, mərasimdə mərhumun ailə üzvləri, yaxınları, sənət adamları, tanınmışlar iştirak edirlər.

Vida mərasimindən sonra mərhum saat 13:00-da Suraxanı kənd qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, A.Bəylər 1975-ci ildə Bakıda anadan olub. O, uzun müddətdir onkoloji xəstəlikdən müalicə olunurdu. Əməkdar artist yanvarın 6-da Türkiyədə xəstəxanada vəfat edib. Onun nəşi ötən gün Bakıya gətirilib.

Video İctimai Televiziyaya məxsusdur

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR