İnsanlara hürriyət, millətlərə istiqlal!

Ayaq qoxusunu aradan qaldırmağın ƏN SADƏ üsulu

Ayaq qoxusu genetik səbəblər və ya xarici faktorlarla meydana gələ bilər. Bütün hallarda ayaq qoxusundan əziyyət çəkən insanlar sadə üsulla bundan xilas ola bilərlər.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, ayaq qoxusu şikayətləri fərdlərdə müxtəlif səbəblərdən yarana bilər.

Belə ki, ayaq qoxusundan xilas olmaq üçün istifadə edə biləcəyiniz bu təbii üsul, qoxudan bir anda qurtulmanıza imkan verir.

Ayaq qoxusundan şikayət edənlərin ilk növbədə ayaq və ayaqqabı gigiyenasını nəzərdən keçirmələri tövsiyə olunur. Davamlı olaraq eyni corab və eyni ayaqqabıdan istifadə edildikdə ayaq qoxusu yarana bilər. Bundan xilas olmaq üçün istifadə etdiyiniz ayaqqabıları havalandırmaq və vaxtaşırı dəyişmək lazımdır.

Əgər buna baxmayaraq ayaq qoxusu keçmirsə, o zaman ayaqqabılarınızda aktivləşdirilmiş karbondan istifadə edə bilərsiniz. Təbii maddə olan aktivləşdirilmiş karbon qara diş pastalarında istifadə olunur. Aktivləşdirilmiş karbonun toz halını ayaqqabınızın içinə sürtsəniz, qoxudan qısa müddətdə xilas ola bilərsiniz.

karbon-aktif-agb3.jpg (84 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR