İnsanlara hürriyət, millətlərə istiqlal!

AXCP-də xroniki Əli Kərimli sindromu: dərinləşən intriqalar və total nəzarət hərisliyi...

Ali Məclis seçkiləri və narazılıqların başlanğıcı

AXCP daxilində son dövrlərdə baş verən hadisələr, partiya daxilindəki gərginliyin və intiriqaların artması ilə nəticələnib. Hadisələrin bu cür cərəyan etməsi əsasən, 2 sentyabr 2023-cü ildə keçirilən Ali Məclis seçkilərində baş vermiş pozuntularla əlaqələndirilir.

Musavat.com xatırladır ki, seçkilər zamanı Əli Kərimlinin müavini Seymur Həzinin qarşısını almaq məqsədilə, indikindən cəmi 1 yaş “gənc” olan, səriştəsiz, iclaslarda mürgüləyən, ağzı söz tutmayan 77 yaşlı Nurəddin Məmmədlinin Ali Məclis sədri vəzifəsinə təyin edilməsi təşkil olunub. Bu hadisə, daxildəki narazılıqların təməlini qoydu.

Seymur Həzinin qarşısının alınması və çərçivələnmə cəhdi

01000000-0a00-0242-57a2-08dc2300.jpg (95 KB)

Əli Kərimlinin müavini Seymur Həzi Ali Məclis sədri seçilməklə partiyanın qərarlarına daha çox təsir etmək və Əli Kərimlinin sərhədsiz hakimiyyətini məhdudlaşdırmaq istəyirdi. Ancaq Kərimli Həzinin niyyətini hiss etdikdən sonra onunla bir neçə dəfə görüşərək fikrindən daşındırmağa çalışdı. Nəticə əldə edə bilmədikdə, ənənəvi metodlarına əl ataraq gənc siyasətçi Seymur Həzini yaşlı və əsalı Nurəddin Məmmədliyə uduzdurdu. Kərimli bu yolla, Həzini nüfuzdan salmağa və təsirini azaltmağa çalışdı.

İstefa ərizələri və sensasion iddialar

455712576_938862258048221_694293.jpg (1.09 MB)

Partiyadan istefa vermiş cəbhəçi Seymur Əhmədzadənin açıqlamaları Əli Kərimlinin daxili proseslərə necə hərisliklə nüfuz etdiyini ifşa etdi. Əhmədzadənin sözlərinə görə, Kərimli onu evinə çağıraraq, Nurəddin Məmmədliyə dəstək verməsini istəyib. Bu hadisələrdən sonra Əhmədzadə partiyadakı haqsızlıqları görərək, AXCP-dən ayrılıb.

Əli Kərimli oktyabrın 26-da Ali Məclisin sədri Nurəddin Məmmədlini yaşı və fəaliyyətsizliyi ilə əlaqədar “fəxri” istirahətə göndərərək daxildəki narazılıqların qarşısını almağa çalışdı. Hazırda isə, Kərimli yeni bir “mən” axtarışına çıxıb və Fuad Qəhrəmanlı və ya Səadət Cahangiri boş qalan Ali Məclis sədri vəzifəsinə təyin etmək niyyətindədir.

Partiyadakı gərginliyin yeni mərhələsi

nureddin.jpg (53 KB)

Əli Kərimlinin 1 il əvvəl keçirilən seçkilərdə Nurəddin Məmmədlinin həmin vəzifəyə uyğun olmadığını bilməsinə baxmayaraq, bu seçimi etməsi, qərarlarına heç kimin qarşı gələ bilməyəcəyinə inamından qaynaqlanırdı. Lakin işlər Kərimlinin planlaşdırdığı kimi getmədi. Partiyadan ayrılan Seymur Əhmədzadə və Asif Yusiflinin seçki pozuntularına dair açıqlamaları, Kərimlini ciddi dilemmanın qarşısında qoydu.

Partiya daxilində olan fikir ayrılıqlarını aradan qaldırmaq və Rəyasət Heyətindən növbəti qopmaların qarşısını almaq üçün Kərimli, yaşlı və heç nəyə yaramayan Nurəddin Məmmədlini işdən azad etmək məcburiyyətində qaldı. Bununla belə, Seymur Həzinin dostu və komandasında yer alan Asif Yusiflinin partiyadan ayrılması, digər komanda üzvləri İlham Hüseyn və Aqil Məhərrəmlini də ciddi şəkildə düşünməyə vadar edib.

Nəticə

1726808575_0001.jpg (27 KB)

AXCP-də baş verən son hadisələr, Əli Kərimlinin partiyadakı total nəzarət ehtirasının, getdikcə artan narazılıqlar və daxili müxalifətlə qarşılaşdığını göstərir. Xroniki Əli Kərimli sindromu, bu intiriqaların davamı olaraq, partiyada daha çox çəkişmə və bölünməyə səbəb ola bilər. Partiyadakı gərginliyin və liderlik mübarizəsinin gələcəkdə hansı nəticələr doğuracağını isə zaman göstərəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR