İnsanlara hürriyət, millətlərə istiqlal!

Antonio Quterreş: Danışıqları sona çatdırmaq üçün təkan lazımdır

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) həlledici məqama yaxınlaşır. Razılaşma istəyi hiss olunur.

Musavat.com xəbər verir ki, bunu bu gün Bakıda COP29 çərçivəsində keçirilən mətbuat konfransında BMT-nin Baş katibi Antonio Quterreş bildirib.

O qeyd edib ki, tərəflərin razılaşdığı məsələlər daha da aydın olur: “Lakin fikir ayrılıqları qalır və müzakirələri sona çatdırmaq üçün ciddi təkan lazımdır”.

A.Quterreş bildirib ki, Rioda keçirilən G20 sammitindən yenicə qayıdıb və COP29 orada gündəliyin mühüm hissəsi olub:

"Bütün həll olunmamış məsələlər üzrə yeni maliyyə hədəfinə əsaslanan iddialı və balanslaşdırılmış paketə nail olmaq lazımdır. Uğursuzluq variant deyil".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Aprel 2025

21 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR