Onlayn ictimai-siyasi qəzet
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə avtoxuliqanlıq edib Dövlət Yol Polisi əməkdaşlarının əmrinə tabe olmayan şəxsin görüntülərinin yayılmasına aydınlıq gətirib.
DİN-in Mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, avqustun 7-də saat 17:30 radələrində paytaxt ərazisində yol-hərəkəti qaydalarını pozaraq təhlükəli manevrlər etməklə insanların həyatına təhlükə yaratdığına görə VAZ-2107 markalı avtomobilin sürücüsünə “Saxla” işarəsi verilib.
"Lakin avtomobilin sürücüsü buna məhəl qoymayıb və avtoxuliqanlıq hərəkətlərini davam etdirib. Həmin sürücü — 1995-ci il təvəllüdlü Abdullayev Elşən Teyfur oğlu Nəsimi rayonu ərazisində saxlanılıb. O, saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstərib. E.Abdullayev barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib", - məlumatda qeyd olunub.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ