Onlayn ictimai-siyasi qəzet
Bəzi sürücülər inzibati məsuliyyətdən yayınmaq məqsədi ilə nəqliyyat vasitəsini dövlət qeydiyyat nişanı olmadan idarə edirlər ki, bu da qanuna ziddir və öz növbəsində inzibati məsuliyyət yaradır.
Ötən gün paytaxtda Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsi reyd keçirib.
Reyd zamanı sürücü Şiraslan Qasımov avtomobilini nömrəsiz və sürücülük vəsiqəsinin vaxtı bitərək idarə etdiyi məlum olub.
Avtomobili niyə nömrəsiz idarə edirsiz sualına sürücü nömrə bağlanan yeri işləmir deyərək özünə haqq qazandırıb. Polis əməkdaşları isə nömrəni yerinə bağlayaraq onun polisdən yayınma məqsədli bu hərəkəti etdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır./Milli.Az
01 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ