Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, bəzi avtomobil şirkətlərinin gömrük rüsumlarından müvəqqəti azad olunması imkanını nəzərdən keçirir.
Musavat.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
O, Ağ Evdə keçirilən mətbuat konfransında bildirib ki, bir çox avtomobil istehsalçıları Kanadada, Meksikada və digər ölkələrdə istehsal olunan detallardan istifadə etməyə məcburdur, lakin bu şirkətlər həmin detalları gələcəkdə ABŞ-da istehsal etməyi planlaşdırır.
“Mən bəzi avtomobil şirkətlərinə yardım göstərmək imkanını nəzərdən keçirirəm. Onlar hazırda Kanadada, Meksikada və başqa yerlərdə istehsal olunan detallar istifadə edirlər, lakin onlara bir qədər vaxt lazımdır. Onlar bu detalların ABŞ-da istehsalına keçmək istəyirlər, lakin buna hazırlaşmaq üçün zamana ehtiyacları var”, – deyə Tramp vurğulayıb.
CNN bildirir ki, hazırda bazarda tamamilə ABŞ-da istehsal olunmuş avtomobil mövcud deyil. Əksər hallarda avtomobillər ABŞ-da yığılır, lakin onların komponentləri Kanada və Meksika kimi ölkələrdən gətirilir. Bu səbəbdən avtomobil sənayesində xarici komponentlərə bağlılıq yüksək olaraq qalır.
Trampın bəyanatı ABŞ-ın avtomobil sənayesində yerli istehsalın təşviqi və xarici asılılığın azaldılması baxımından mühüm mesaj kimi qiymətləndirilir.
Musavat.com
16 Aprel 2025
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ