İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtomobil bazarında bahalaşma nə vaxtadək davam edəcək? - Ekspert açıqladı

Yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi ilə bağlı qərar 29 aprel tarixindən qüvvəyə minib. Bundan sonra ölkədə bu tip avtomobillərin qiymətində sürətli artım müşahidə edilir. Belə ki, xaricdən köhnə maşın gətirə bilməyən sürücülərin ümidi maşın bazarında satılanlara qaldığından alverçilər qiymətləri daha da qaldırıb.

Nazirlər Kabinetinin 94 №-li Qərarına dair İzahına əsasən, istismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 94 №-li qərarının əsas məqsədi insanların həyat və sağlamlığının, ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılmasına dəstək olmaqdır. 

eldeniz.jpg (55 KB)

Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov Musavat.com-a deyib ki, bahalaşma may ayının ikinci yarısından sonra üçün proqnozlaşdırılırdı:

“Lakin bahalaşma daha tez baş verdi. Bu bahalaşmanı sürətləndirən bir neçə amil var. Səbəblərdən biri Gürcüstanın Poti limanından ölkəmizə avtomobil daşınmalarını həyata keçirən şirkətlərin qiymətləri təxminən 50% civarında bahalaşdırmasıdır. Bu hal ölkəmizə idxal olunan köhnə avtomobillərin qiymətlərinin artmasına səbəb olub”.

Ekspert əlavə edib ki, qiymətlər stabilləşəcək, hətta köhnə avtomobillərin qiymətində kəskin enmə də ola bilər.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkədə 1,4 milyondan çox minik avtomobili mövcuddur. Bunun 1,3 milyondan çoxu şəxsi minik avtomobillərinin payına düşür. Azərbaycanda minik avtomobillərinin yaş strukturu belədir: 2 ilə qədər olan minik avtomobilləri 2%; • 2 ildən 5 ilə qədər olan minik avtomobilləri 3%; • 5 ildən 10 ilə qədər olan minik avtomobilləri 11,9%. Beləliklə, yaşı 10 ildən artıq olan minik avtomobillərinin payı 80%-dən çoxdur.

Xatırladaq ki, elektrik mühərriki ilə işləyən avtomobillərin 2019-cu il yanvarın 1-dən etibarən ölkə ərazisinə idxalı əlavə dəyər vergisindən azad edilib. 2022-ci il yanvarın 1-dən elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı, habelə həmin avtomobillər üçün 2-ci və 3-cü səviyyə elektrik enerji doldurucularının və istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad edilib.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR