İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtomobil bazarında bahalaşma gözlənilir - VİDEO

Gələn ildən bəzi avtomobillərin ölkəyə idxalı mümkün olmayacaq.

Xezerxeber.az-ın məlumatına görə, 2024-cü il yanvarın birindən 2014 və ya ondan əvvəlki dövrdə istehsal olunmuş avtomobillərin Azərbaycana idxal edilməyəcək.

Mövzu ilə bağlı danışan nəqliyyat sahəsi üzrə ekspert Yasin Mustafayev bildirib ki, bu məsələ Nazirlər Kabinetinin qərarına əsasən tənzimlənir.

Qərara əsasən artıq 2024-cü ildə istehsal ili 2014 və ya əvvəlki dövrdə olan nəqliyyat vasitələrinin ölkəyə idxalına məhdudiyyət qoyulacaq. Onun sözlərinə, bütün dünya ölkələri müasir tipli avtomobillərə keçid edir. Azərbaycan da bu prosesdən geri qalmaq istəmir.

Ekspert əlavə edib ki, istehsal ili 10 ildən çox olan avtomobillərin idxalına qoyulan qadağa bazara təsirsiz ötüşməyəcək. 2024-cü ilin ilk aylarından avtomobillərin qiymətində 5-10 faiz artımın olacağı gözlənilir.

O hesab edir ki, ölkəyə istehsal ili yeni, bir qədər ucuz avtomobillər idxal etməklə qiymət artımın qarşısını qismən almaq olar.

Ətraflı süjetdə:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR