İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR - VİDEO

Aİ-95 və Aİ-98 markalı benzinin qiymətinin qalxması ekoloji təmiz avtomobillərə tələbi artırıb.

Musavat.com-un xəbərinə görə, nəqliyyat eksperti Eldəniz Cəfərov "Xəzər Xəbər"ə deyib ki, xüsusilə son günlər bu növ nəqliyyat vasitələrini alanların sayı çoxalıb. Çünki bu nəqliyyat vasitələri qismən yanacaqla işləyir və digər avtomobillərlə müqayisədə sərfiyyatı aşağı hesab edilir.

Bununla yanaşı, dizel mühərrikli avtomobillərə də tələb çoxalıb.

Mövcud qaydalara görə, elektrik mühərrikli və istehsal tarixi 3 ildən, mühərrikinin həcmi isə 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillər idxal zamanı yalnız əlavə dəyər vergisindən azaddır.

Ekspert hesab edir ki, bu həvəsləndirici addımlar davam etdirilməlidir.

Eldəniz Cəfərov bildirib ki, daxili bazarda payız aylarına qədər avtomobillərin qiymətinin qəfil yüksəlməsi və yaxud enməsi gözlənilmir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR