İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtobusu saxlayıb, yolun ortasında namaz qılan sürücü cəzalandırıldı

Rusiyanın Vladivostok vilayətində avtobus sürücüsü şəhərin mərkəzində avtobusu saxlayaraq namaz qıldığına görə 500 rubl cərimələnib.

Musavat.com bizim media-ya istinadla xəbər verir ki, bu barədə Amur Mash teleqram kanalı məlumat yayıb.

"24 yaşlı sürücü namaz qılmaq üçün maşını əsas meydanın və Primorye hökumət binasının yaxınlığındakı dayanacaqda saxlayıb. Bununla da o, qaydaları pozub və hərəkət iştirakçılarına maneə yaradıb", - məlumatda deyilir.

Mənbənin sözlərinə görə, bir neçə sərnişin sürücünün geri dönməsini gözləmədiyi üçün avtobusu tərk edərək piyada gediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları sürücü barəsində protokol tərtib ediblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Mart 2025

BÜTÜN XƏBƏRLƏR