İnsanlara hürriyət, millətlərə istiqlal!

Avstriyada pandemiya dönəmində tutulan cərimələr geri qaytarılacaq

Avstriyanın Aşağı Avstriya əyalətində sağ mərkəzçi Xalq Partiyası (ÖVP) və ifrat sağçı Azadlıq Partiyası (FPÖ) hökuməti COVID-19 ilə mübarizə tədbirləri çərçivəsində yığılan cərimələrin bir hissəsini geri qaytaracaq.

Aşağı Avstriya əyalətinin prezidenti Yohanna Mikl-Leitner mətbuata verdiyi açıqlamada pandemiya dövründə təxminən 31 milyon avro fond yaradıldığını bildirib. O qeyd edib ki, COVID tədbirlərinə əməl etməyənlərdən tutulan cərimələrin bir hissəsi geri qaytarılacaq. Bu çərçivədə Aşağı Avstriya əyalətində 700 adama təxminən 200 min avro veriləcək ki, bu da fondun məbləğinin yüzdə bir hissəsidir.

Mikl-Leitner qərarın mayın 25-də əyalət məclisində müzakirə edildikdən sonra ilk ödənişlərin yayda ediləcəyi ilə birlikdə qüvvəyə minəcəyini bildirib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR