İnsanlara hürriyət, millətlərə istiqlal!

Avstriya: 700 sakini olan kurort qəsəbəsinə 1 milyon turist gəlib

Avstriyanın Holstat şəhərciyinin əhalisi turistlərin sayının artmasına qarşı üsyan edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, turist axınına etiraz etmək üçün küçələrə çıxan sakinlər 700 nəfərlik sakit qəsəbəyə yay aylarında minlərlə turistin gəlməsinə tablaşa bilmədiklərini deyiblər.

Turizm mövsümünün pik vaxtında ətrafı dağlarla əhatə olunmuş, göl mənzərəsi və köhnə evləri ilə məşhur olan kiçik şəhərcikdə 10 min əhali yaşayır. Son illər əcnəbi turistlərin sevimlisinə çevrilən Holstatın iqtisadiyyatı turizm gəlirləri ilə getdikcə inkişaf etsə də, yerli əhali bu durumdan razı deyil.

Gündəlik turist və turların sayını məhdudlaşdırmaq istəyən Holstat sakinləri bəzi günlərdə qəsəbədə gəzməyə yer tapmadıqlarını deyirlər.

2006-cı ildə şəhərdə Cənubi Koreya serialının çəkilməsi turistlərin, xüsusən də Asiyadan gələnlərin çoxalmasına səbəb olub.

Camaat may ayında turistlərin selfi çəkdirdiyi nöqtələrə maneələr qoyub, lakin sonra kəskin reaksiyalar üzündən maneələr götürülüb. COVİD-19 pandemiyasından əvvəl Holstat bir ildə 1 milyon turisti qəbul etməklə rekord vurub.

Son zamanlar bir çox Avropa ölkələrində turizm bumu və artan şikayətlər yerli hökumətləri ehtiyat tədbirləri görməyə məcbur edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR