İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropanın qaz anbarları 87 faizdən çox doludur

İyulun 7-də Avropanın qaz anbarlarından 3,8 milyon kubmetr qaz götürülüb, onlara 335,9 milyon kubmetr qaz vurulub.

Musavat.com xəbər verir ki, hazırda anbarlar 87 faizdən yuxarı doludur, onlarda 95,7 milyard kubmetr qaz var.

Bu həftə Mərkəzi və Qərbi Avropada havanın iqlim normaları daxilində olacağı, həftəsonu temperaturun bir qədər yüksələcəyi gözlənilir. İyul ayında Avropanın enerji təchizatında külək enerjisinin payı 14 faiz təşkil edib. Avqustun əvvəlindən bu göstərici 20 faizə, dünən isə 25,5 faizə yüksəlib.

İyul ayı ərzində maye qaz – LNG terminalları vasitəsilə Avropanın qaz şəbəkəsinə 10,95 milyard kubmetr qaz daxil olub. Yanvar-iyulda bu göstərici 78,86 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz çoxdur. Hazırda LNG terminalları 44 faiz gücü ilə işləyir. Qaz qiymətləri isə 340 dollar ətrafında dəyişir.

Xatırladaq ki, Avropa Komissiyasının qərarına əsasən, qaz anbarları sentyabrın 30-dək 90 faiz həcmində dolu olmalıdır. Lakin ötən qışdan qalan böyük ehtiyatlar, həmçinin əlverişli hava şəraiti imkan verir ki, bu göstəriciyə 1 ay tez – avqustun sonunadək nail olunsun. Avropa İttifaqı öz anbalarlarını doldurduqdan sonra Ukraynanın anbarlarına da ehtiyat toplamağa hazırlaşır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR