İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropanın mərkəzindəki önəmli dövlət – Slovakiya və Azərbaycan anlaşma içində

Bu gün Azərbaycan Prezident İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitso arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb.

Bu, iki ölkənin tarixində əlamətdar gündür. Bundan əvvəl Slovakiya və Azərbaycan arasında əlaqələr zəif olub.

Slovakiya da gənc respublikadır. Rəsməm Slovak Respublikası (slovakca - Slovenská republika) adlanan bu dövlət Mərkəzi Avropada yerləşir, dənizə çıxışı olmayan ölkələrdəndir. Şimalda Polşa, şərqdə Ukrayna, cənubda Macarıstan, cənub-qərbdə Avstriya, şimal-qərbdə Çexiya ilə həmsərhəddir.

Slovakiyaınn paytaxtı və ən böyük şəhəri Bratislavadır. Ölkənin ümumi sahəsi 49,035 kvadrat kilometr, əhalisinin sayı 5,460,000 nəfərdən çoxdur. Ölkə ərazisinə görə dünyada 127-ci, əhalisinə görə isə 117-ci yeri tutur.

Slovakiya II dünya müharibəsindən sonra ta 1992-ci ilə qədər qədər Çexiya ilə ittifaqda olub və bu ittifaqın adı hər iki ölkənin adının birləşdirilməsi ilə Çexoslovakiya adlanıb. 1992-ci ilin iyununda keçirilən seçkilərdə isə həm Çexiyada, həm də Slovakiyada millətçi qüvvələr hakimiyyətə gəlib və iki respublikanın bir-birindən ayrılması ön plana çıxıb. 25 Noyabr 1992=ici ildə əldə olunan razılaşmaya görə iki respublika 1992-ci ilin sonuncu günündə bir-birindən ayrılıb. Ayrılma prosesi qansız-qadasız baş tutub və tərəflər bir-birinə nə ərazi iddiası, nə də başqa bir tələb irəli sürməyiblər. Bu günün özündə də Çexiya və Slovakiya yaxın dost-müttəfiq olaraq əməkdaşlığa davam edirlər.

Slovakiya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 24 yanvar 1992-ci ildə tanıyıaraq bu işi edən ilk ölkələrdəndir. İki ölkə arasında diplomatik münasibətlər isə 23 noyabr 1993-cü ildə qurulub. Slovakiyanın Azərbaycandakı səfirliyi 1 oktyabr 2019-cu ildən fəaliyyət göstərir.

Bu kiçik Avropa ölkəsi ilə Azərbaycan dövlətinin arasında imzalanan birgə bəyannamə ciddi siyasi sənəddir və əlaqələrimizin ən yüksək səviyyəyə qaldırılmasına xidmət edir.

Azərbaycanın dövlət başçısı İlham Əliyev Slovakiya ilə strateji tərəfdaşlığa dair bəyannamədə əks olunan maddələri ölkəmizin niyyətini əks etdirdiyini, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən etdiyini bildirib.

Bəyannamədə bir çox sahələr üzrə aparılacaq işlərə də önəmli razılıqlar əldə olunub. Bunların arasında müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər var. Tərəflər arasında bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparılıb və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara da start verilib.

Hazırda 8 ölkəyə təbii qazı ixrac edən Azərbaycanın mavi yanacağını əldə edənə 9-cu ölkənin Slovakiya olacağı ehtimal olunur. Hələ keçən ilin aprel ayında “Həmrəylik halqası” adlanan sənəd imzalanıb və Azərbaycan qazının Slovakiya bazarına da nəql edilməsiüçün yaxşı imkanlar yaradılıb.

İki dövlət arasında əməkdaşlığın bir əlamətdar istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Dövlət başçısı öz çıxışında qeyd edib ki, Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bundan başqa işğaldan azad edilmiş torpaqlarda slovakiyalı mütəxəssislər tərəfəindən ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında işlər görüləcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun iştirakı ilə imzalanmış Azərbaycan-Slovakiya sənədləri aşağıdakılardır:

• “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”;

• “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu”;

• “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”.

İkitərəfli münasibətlərin genişlənməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiyaya səfəri böyük rol oynayıb. 2004-cü ilin mart ayında Prezideni İlham Əliyev Slovakiyaya işgüzar səfər edib.

Azərbaycanda fəaliyyət göstərən Slovakiya şirkətləri yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır.

Azərbaycan siyasi baxımdan Avropa ailəsinə mənsub olduğuna görə, Slovakiya və bu kimi ölkələrlə əməkdaşlıqda maraqlıdır. Çünki Avropanın qüdrətli dövlətlərinə sığınaraq özlərinə havadar tapan bədxah qonşular ölkəmizi Avropada təkləmək, bütün dövlətlərin gözündən salmaq, özlərini Avropanın ərköyünü, bizi isə Avropaya qarşı olan bir dövlət kimi qələmə vermək niyyətindədirlər.

Ancaq Azərbaycan dövlətinin yeritdiyi ağıllı və səbatlı xarici siyasət nəticəsində onların bütün məkrli planları iflasa uğrayacaq. Çünki Azərbaycan Avropa üçün lazımlı dövlətdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR