İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropadan qərar: Artıq Rusiyaya “Playstation” satılmayacaq

Avropa Birliyi (AB), Rusiyaya video oyun konsollarının satışını qadağan etməyi planlaşdırır, çünki onların dronların idarə olunmasında istifadə oluna biləcəyi qeyd olunur.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə The Financial Times məlumat yayıb.

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas, Sony PlayStation və Microsoft Xbox kimi konsolların, Rusiyaya qarşı yeni sanksiya paketində yer alacağını bildirib.

"Biz, həqiqətən, Rusiyanın bu müharibəni davam etdirməsinə kömək edən bütün növ məhsulları araşdırırıq və onları sanksiyalar siyahısına daxil edirik. Buna hətta video oyun konsolları da daxildir, çünki görünür, məhz bu cihazlardan dronların idarə olunmasında istifadə edirlər”,-deyə o, qeyd edib.

Məqalədə qeyd olunur ki, Microsoft, Nintendo, və Sony kimi aparıcı konsol istehsalçıları Rusiyaya satışlarını artıq 2022-ci ilin mart ayının əvvəlində dayandırmışdı. Aİ-nin yeni qadağası, blok daxilində olan və bu məhsulları Rusiyaya göndərən, o cümlədən istifadə olunmuş malların satışı ilə məşğul olan treyderlərə yönələcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR