İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada yüz minlərlə ton qəhvə və kakao məhv edilmək təhlükəsi ilə üzləşib: SƏBƏB

Avropa İttifaqının anbarlarında saxlanılan yüz minlərlə ton qəhvə dəni və kakao məhv edilə bilər. “Financial Times” (FT) qəzetinin yazdığına görə, buna Avropa İttifaqının bu ilin iyulunda qəbul etdiyi və meşələrin qırılması, həmçinin uşaq əməyindən istifadə edilərək hazırlanan malların idxalını qadağan edən qanun səbəb ola bilər.

Beynəlxalq Ticarət Mərkəzinin baş icraçı direktoru Pamela Coke-Hamilton bildirib ki, istehsalçılar bu qəhvə və kakao ehtiyatlarını keçid dövründə (2024-cü ilin dekabrına qədər) satmalıdırlar: “Əks halda onları Avropa İttifaqından kənarda satmalı və ya məhv etməli olacaqlar”.

Hazırda Avropa anbarlarında təxminən 200 min ton kakao və 150 min ton kofe var. Qəzet yazır ki, hələ də Brüsseldən və Aİ-yə üzv dövlətlərin hökumətlərindən onlarla bağlı dəqiq göstəriş yoxdur və bu, ehtiyatların məhv edilməsinin qarşısını almaq üçün lazımdır.

Qəhvə və kakao fyuçersləri üçün əsas ticarət platformalarından biri olan Qitələrarası Birja, saxlanılan malların taleyinə aydınlıq gətirilməməsinin qiymətlərə mənfi təsir göstərəcəyindən ehtiyatlanır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR