İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada miqrant böhranı - STATİSTİKA

Artıq 2023-cü ilin oktyabr ayına qədər Avropa İttifaqı, Norveç və İsveçrədə 800 mindən çox sığınacaq ərizəsi təqdim edilib.

Musavat.com xəbər verir ki, bu barədə “Welt” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu, 2016-cı ildən bəri ən yüksək göstəricidir.

Nəşrin məlumatına görə, ilin əvvəlindən oktyabrın 3-dək 29 ölkədən sığınacaq üçün 801 459 müraciət edilib.

Ən böyük artım Latviyada (+168%) və Estoniyada (+119%) qeydə alınıb.

Qəzetin yazdığına görə, bu, Belarusdan qeyri-qanuni miqrasiyanın kəskin artması ilə izah olunur.

Belə ki, üçüncü yerdə Almaniya qərarlaşıb. Bu ölkədə ötən ilin eyni dövrü ilə müqayisədə müraciətlərin sayı 74% artıb.

Rəqəmlər ən çox Danimarkada (-56%), Maltada (-54%), Kiprdə (-52%) və Avstriyada (-41%) azalıb.

Bu il sığınacaq üçün ən az müraciət edilən ölkə (cəmi 26 müraciət) Macarıstandır.

Qeyd edək ki, 2014-2015-ci illərdə Avropa son onilliklərin ən ciddi miqrasiya böhranı ilə üzləşib. “Agence France-Presse”in məlumatına görə, 2015-ci ildə Avropada sığınacaq üçün müraciətlərin sayı 1,3 milyon, 2016-cı ildə 1,2 milyon, 2022-ci ildə isə bu rəqəm 995 min olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR