İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada istidən ölənlərin sayı AÇIQLANDI - ŞOK RƏQƏM

2023-cü ildə Avropada istilər 47 mindən çox insanın həyatını itirməsinə səbəb olub.

Musavat.com xəbər verir ki, bu rəqəm Nature Medicine jurnalında dərc olunan yeni tədqiqat hesabatında əksini tapıb.

Tədqiqatı Barselona Qlobal Sağlamlıq İnstitutu (ISGlobal) həyata keçirib. O, hesablamaları üçün 35 fərqli ölkədə temperatur və ölümlə bağlı çoxlu tarixi məlumatları araşdırıb. 2023-cü il indiyə qədər ən isti il kimi bütün rekordları qırdı. Eyni zamanda ekspertlər 2024-cü ilin daha isti il ola biləcəyini gözləyirlər. Milli Okean və Atmosfer İdarəsi bu ilin 2023-cü ildən daha isti olacağı ehtimalının üçün birə olduğunu bildirib.

Nature Medicine Study tədqiqatçıları hesablayıblar ki, mayın sonu və oktyabrın əvvəlləri arasında istilərdən təxminən 47,690 ölüm baş verib. Bunların yarıdan çoxu iyulun ortalarında və avqustun sonunda iki isti dalğası zamanı qeydə alınıb.

ISGlobal tədqiqatçıları bir il əvvəl apardıqları oxşar araşdırmada 2022-ci ildə Avropada 60 000-dən çox insanın istilər səbəbindən öləcəyini təxmin etmişdilər. 2023-cü ilin məlumatlarına görə, istidən ölümlərin əsas hissəsi Cənubi Avropa ölkələrində baş verib, Yunanıstan, Bolqarıstan və İtaliya ilk üçlükdə qərarlaşıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR