İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Trampla ticarət müharibəsi hazırlıqlarına başlayır

Avropa İttifaqı ölkələri seçkilərdə qalib gələn ABŞ prezidenti Donald Trampın hakimiyyəti dövründə Vaşinqtonla yeni ticarət müharibəsinin başlamasından ehtiyatlanır.

Musavat.com xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri Aİ diplomatları arasında olan mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin fikrincə, Brüssel Trampın Ağ Evə qayıtmasından sonra Aİ və ABŞ arasında iqtisadi münasibətlərin onun ilk prezidentliyi dövründə olduğundan daha pis ola biləcəyindən ehtiyat edir. Nəşr xatırladır ki, 2018-ci ildə Tramp Meksika və Kanadadan başqa bütün ölkələrdən polad üçün 25 faiz, alüminium üçün isə 10 faiz rüsum tətbiq edib. Bu fonda qəzetin mənbələri qeyd edir ki, Aİ Vaşinqtonun ehtimal olunan yeni tariflər tətbiq etməsinə “cəld və sərt reaksiya verməyə”, həmçinin “Trampı danışıqlar masasına oturtmağa və razılaşma əldə etməyə” hazırdır.

Politico-ya görə, vəziyyəti hazırda Aİ-nin enerji və müdafiə sahəsində ABŞ-dan asılılığı da gərginləşdirir: “ABŞ-da bu seçkilərin nəticələri yalnız bir faktı təsdiqləyir ki, biz Aİ-də öz güclərimizə və maraqlarımıza diqqət yetirməliyik və məqsədlərimizə ayıq nəzər salmalıyıq”.

Londonda yerləşən Xarici İnkişaf İnstitutunun baş eksperti David Kleimannın fikrincə, Aİ ABŞ-ın “daha aqressiv tona” və ticarət əlaqələrində “mümkün məcburetmə cəhdlərinə” hazır olmalıdır. Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin rəhbəri Bernd Lanq, bunun fonunda "Amerika tərəfi Aİ məhsullarına əsassız rüsumlar tətbiq edərsə, biz buna reaksiya verəcəyik" deyib.

Oktyabrın 21-də “Politico” yüksək səviyyəli avropalı diplomata istinadən xəbər verib ki, Tramp seçkilərdə qalib gələrsə, Aİ liderləri və Avropa Komissiyası ABŞ-la yeni ticarət müharibəsi baş verəcəyi təqdirdə cavab planı hazırlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR