İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa terminalları Rusiya maye qaz tankerlərinə xidməti dayandırdı

Martın 26-dan etibarən Avropa İttifaqı ölkələrindəki limanlara Rusiyadan hasil edilən və ya ixrac edilən mayeləşdirilmiş təbii qazın (LNG) daşınması xidmətlərinin göstərilməsi dayandırılır.

Musavat.com xəbər verir ki, bu, Aİ-nin 2024-cü ilin iyununda qəbul edilən sanksiya paketində nəzərdə tutulur. Qadağadan 25 iyun 2024-cü il tarixinə qədər bağlanmış müqavilələr üçün icra müddətinin 26 mart 2025-ci il tarixinə qədər təxirə salınması verilib.

Bu gündən həmçinin Rusiya LNG-sini daşıyan tankerlərə yükləmə üçün texniki dəstək, broker xidmətləri, maliyyə və ya maliyyə dəstəyinin göstərilməsi də qadağandır.

Aİ ölkələrinin hakimiyyət orqanları Rusiya LNG-nin ittifaqın üzvü olan dövlətə daşınması və enerji təminatına sərf ediləcəyi təqdirdə, onun köçürülməsinə icazə verə bilər.

Ən böyük məlum daşıma müqaviləsi Yamal LNG (NOVATEK-in bir hissəsi) ilə Belçikanın Fluxys şirkəti arasında bağlanıb. Rusiya şirkətinin verdiyi məlumata görə, xüsusi olaraq Yamal LNG-nin ehtiyacları üçün tikilmiş çən 180 min kubmetr tutumludur, ildə 8 milyon tona qədər maye qaz ötürülməsini təmin etmək üçün hazırlanıb. Yamal LNG 2019-cu ildə 20 illik müqaviləyə əsasən Belçikanın Zeebrugge terminalında LNG yükləmə çənindən istifadə etməyə başlayıb. Yamal LNG-nin Avropa terminalları həm də digər istiqamətlərə maye qazınması üçün istifadə olunurdu.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Mart 2025

BÜTÜN XƏBƏRLƏR