İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Şurası "Ukraynanın qələbəsi" ifadəsini yenidən nəzərdən keçirəcək


Avropa Şurasının saytında yer alan "Ukrayna bu müharibədə qalib gəlməlidir" ifadəsi səhv kimi qiymətləndirilib və düzəliş ediləcək.

Musavat.com xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Şuranın sözçüsü bu ifadənin yanlış olduğunu və yaxın zamanda düzəlişin həyata keçiriləcəyini bildirib. Sözügedən açıqlama 16 dekabr tarixli mətbuat relizində yer alıb.

"Politico" həmçinin 19 dekabrda qəbul edilən nəticələrə əsaslanaraq bildirir ki, Avropa Şurası "Rusiya üstünlük qazanmamalıdır" ifadəsini işlədib.

Nəşr əlavə edir ki, bu, Estoniyanın baş naziri Kaya Kallasın "Ukrayna qalib gəlməlidir" fikirləri ilə ziddiyyət təşkil edir. "Görünür, Avropa İttifaqı liderləri bu qədər irəliyə getmək istəmirlər", - deyə qəzet vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR