İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa sanksiyalar tətbiq edir, lakin Rusiya... - ŞOK GÖSTƏRİCİ

Qərbin sanksiyalarına baxmayaraq, Rusiyanın neft ixracı mart ayında son üç ilin ən yüksək səviyyəsinə çatıb. Lakin Moskvanın neftdən əldə etdiyi gəlir azalıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında öz əksini tapıb.

IEA keçən ay Rusiyadan ümumi neft nəqlinin 600 min barel artaraq gündəlik 8,1 milyon barrelə çatdığını açıqlayıb.

Bu, 2020-ci ilin aprelindən bəri ən yüksək göstəricidir. 2023-cü ilin mart ayına olan məlumata görə, Rusiyanın neft gəlirləri ayda 1 milyard dollar artaraq 12,7 milyard dollara çatıb və bir il əvvəllə müqayisədə 43% azalıb.

IEA artımın böyük hissəsinin pandemiyadan əvvəlki səviyyəyə qayıdan neft məhsullarının ixracındakı artımla bağlı olduğunu açıqlayıb.

Qeyd edək ki, Çin və Hindistan Rusiyanın neft məhsulları ixrac etdiyi əsas ölkələrdir. 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Qərb Moskvaya qarşı bir sıra sanksiyalar tətbiq edib. Neft və neft məhsullarına ən yüksək qiymət tətbiq etmək də bu sanksiyalar arasında idi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR