İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Parlamentinin deputatları bu xərcləri təsdiqləməkdən imtina etdilər: SƏBƏB

Avropa Parlamentinin deputatları bu gün Brüsseldə keçirilən plenar iclasda Aİ Şurasının 2022-ci il üçün büdcə xərclərini təsdiqləməkdən imtina edərək demarş keçiriblər.

Musavat.com Avropa Parlamentinin yaydığı məlumata istinadən xəbər verir ki, deputatlar Ukraynanı raketdən müdafiə sistemləri ilə təmin etmək üçün kifayət qədər səy göstərilmədiyinə etiraz ediblər: “Avropa Parlamentinin üzvləri, üzv dövlətlər Ukraynanın tələb etdiyi raketdən müdafiə sistemlərinin tədarükü ilə bağlı qərar qəbul edənə qədər Avropa İttifaqı Şurasının xərclərinin təsdiqlənməsi ilə bağlı səsvermənin növbəti plenar iclasa təxirə salınmasına səs verdilər”.

Bu qərarın lehinə 515 deputat, əleyhinə 62 deputat səs verib, daha 20 deputat bitərəf qalıb. Eyni zamanda deputatlar qeyd-şərtlə Avropa İttifaqının büdcəsinin 95 faizini təşkil edən Avropa Komissiyasının xərclərini təsdiqləyiblər.

Bu gün Aİ diplomatiyasının rəhbəri Josep Borrell Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə növbəti söhbətindən sonra yenidən Aİ ölkələrinə müraciət edərək Kiyevə əlavə hava hücumundan müdafiə sistemləri və döyüş sursatlarının tədarükü üçün imkan axtarmağı xahiş edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR