İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Məhkəməsi Salman Qurbanovun şikayətlərinə baxdı və ermənilərin xeyrinə...

Oktyabrın 5-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycan və Ermənistan vətəndaşlarının işləri üzrə qərarlar çıxarıb.

Musavat.com Azadlıq Radiosuna istinadən xəbər verir ki, bunlardan biri də Qurbanovun Ermənistandan şikayəti (Gurbanov v. Armenia) idi.

Şikayətçi, 1968-ci il doğumlu Salman Qurbanov Azərbaycan vətəndaşıdır və Bakıda yaşayır.

Onun Azərbaycan ordusunun hərbçisi olmuş 22 yaşlı oğlu 2016-cı ilin dekabrında Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalarda həlak olub. Onun meyiti Ermənistanın Tavuş rayonu ərazisində tapılıb.

Şikayət məhz onun cənazəsinin verilməsinin Ermənistan hakimiyyəti tərəfindən ləngidilməsi barədə idi. Cənazə ailəyə yalnız 5 fevral 2017-ci il tarixində qaytarılıb.

Bu işə Avropa İnsan Haqları Konvensiyasının 8-ci (şəxsi və ailə həyatına hörmətsizlik) və 14-cü (diskriminasiyanın qadağanı) maddələri ilə baxılıb.

Məhkəmə bu işdə bu maddələrin pozulmadığına dair qərar çıxarıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR