Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Avropa liderləri işsiz ukraynalı qaçqınların vətənlərinə qaytarılması, işləyənlərin isə Avropada qala biləcəyi imkanlarını müzakirə edirlər.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, V.Zelenski telemarafon müsahibəsində Avropa İttifaqı ölkələrindəki ukraynalı qaçqınları iki kateqoriyaya bölməyi təklif edən Avropa liderləri ilə ünsiyyətindən danışıb. Bunlar işləyənlər və sosial yardımla yaşayanlardır. Zelenskinin sözlərinə görə, liderlər sonuncuların Ukraynaya qaytarılmasını istəyirlər.
Prezident deyib ki, bəzi Aİ rəsmiləri işsiz qaçqınları öz vətənlərinə qayıtmağa həvəsləndirmək və işləyən ukraynalıları Avropada buraxmaq xahişi ilə ona müraciət ediblər.
Prezidentin sözlərinə görə, bu mövqe işləyən qaçqınların sosial yardım alanlardan fərqli olaraq vergi ödəmələri və Avropa ölkələrindən xərc tələb etməmələri ilə izah olunur.
“Mən onlara deyirəm, baxın, gəlin, bir az da hava hücumundan müdafiəni gücləndirək və mən deyəcəm ki, hamısı qayıtsın. Yalnız mən hər kəsi geri qaytaracağam, nəinki sizin üçün işləməyənləri. Onlar isə deyirlər: yox, qoy işləyənlər bizdə işləsin, bu hissə (işləməyənlər) qayıtsın”, – Zelenski qeyd edib.
Prezident vurğulayıb ki, ukraynalı qaçqınların bu cür differensiallaşdırılması Avropa ölkələri üçün faydalıdır, çünki bu, onların maliyyə yükünü azaldır.
Musavat.com
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ