İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Komissiyası Çinlə bağlı təhqiqata başladığını açıqladı: Pekinin cavabı nə olacaq?

Avropa Komissiyası (AK) rəsmi olaraq Çində tam elektriklə işləyən avtomobillərin (BEV) istehsalının dövlət tərəfindən subsidiyalaşdırılması ilə bağlı təhqiqata başladığını açıqlayıb.

Komissiyanın yaydığı press-relizə görə, araşdırmanın birinci mərhələsi Çində BEV dəyər zəncirində iştirak edən müəssisələrin qeyri-qanuni subsidiyalardan faydalanıb mövqelərini möhkəmləndirmək imkanlarını, həmçinin bu prosesin Avropadakı elektomobil istehsalçılarına ziyan vurub-vurmadığını müəyyən edəcək.

Hər iki fakt təsdiqlənərsə, AK Avropa İttifaqında elektromobillərin idxalçıları, istifadəçiləri və istehlakçıları üçün ehtimal olunan nəticələri öyrənəcək.

Araşdırmanın nəticələrinə əsasən, Avropa Komissiyası Çindən BEV idxalına anti-subsidiya rüsumlarının tətbiqinin Aİ-nin maraqlarına uyğun olub-olmadığını müəyyən edəcək.

Çin səlahiyyətliləri və şirkətlərinə araşdırma zamanı öz şərhlərini və arqumentlərini təqdim etmək imkanı yaradılacaq.

İstintaq 13 aydan çox çəkməməlidir. Çindən elektromobil idxalına ılav rüsum tətbiqi zərurəti yaranarsa, araşdırmanın 9-cu ayından bunu reallaşdırmaq mümkün olacaq.

Financial Timesın yazdığına görə, bu araşdırma dünya ticarət sektorunda ən böyük prosesə çevrilə bilər.

Qeyd edək ki, Avropa Komissiyasının daxili bazarı dövlət subsidiyalaşması hesabına ucuz başa gələn Çin elektromobillərindən qorumaq üçün araşdırmaya başlayacağı sentyabrın 13-də məlum olub. Çin bu araşdırmaya kəskin etiraz edir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR