İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Komissiyası Çin elektromobilləri ilə bağlı QƏRAR VERDİ

Avropa Komissiyası (AK) Çinin elektrikli avtomobillərinə iyulun 4-də tətbiq etdiyi əlavə idxal rüsumlarına düzəlişlər edib.

Musavat.com Komissiyanın bu gün ictimaiyyətə açıqlanan yekun qərar layihəsinə əsasən xəbər verir ki, Çinin ən böyük elektrik avtomobil istehsalçısı "BYD Co"nun məhsulları üçün əlavə idxal rüsumu 17,4 faizdən 17 faizə, "Geely" üçün rüsum 19,9 faizdən 19,3 faizə, "SAIC Motor" üçün 37,6 faizdən 36,3 faizə endirilib.

AK ilə əməkdaşlıq edən digər Çin istehsalçıları üçün əlavə rüsumlar isə 20,8 faizdən 21,3 faizə qaldırılıb, tənzimləyici ilə əməkdaşlıq etməyən şirkətlər üçün 37,6 faizdən 36,3 faizə endirilib.

Şanxay zavodunda istehsal olunan elektrik avtomobillərini Avropa İttifaqına tədarük edən Amerikanın elektromobil istehsalçısı "Tesla"nın məhsulları üçün rüsum 9 faiz olacaq.

AK-nin açıqlamasında qeyd olunur ki, bu addım aralıq tədbirdir, araşdırmalar yekunlaşandan sonra qəti qərar alınacaq. Maraqlanan tərəflər 10 gün ərzində öz şərhlərini verə biləcəklər, bundan sonra AK qərarını baxılmaq üçün Aİ ölkələrinə təqdim edəcək. Ticarətin qorunması tədbirləri 5 il müddətinə tətbiq ediləcək.

Bu ayın əvvəlində məlum olub ki, Pekin AK-nin Çinin elektrik avtomobillərinin Aİ-yə tədarükünə əlavə rüsumlar tətbiq etmək qərarından rəsmi olaraq ÜTT-yə şikayət edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR